Xəzər Xəbər

Bakıda Dərnəgül taxta bazarında YANĞIN

Hadisə | 08:32 • 23 Noyabr 2023
Bakıda Dərnəgül taxta bazarında

Bakının Binəqədi rayonunda güclü yanğın hadisəsi olub.

Xezerxeber.az xəbər verir ki, hadisə Dərnəgül şosesində yerləşən taxta bazarında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar