Xəzər Xəbər

Tanınmış alimi yol qəzasında şöbə müdiri vurub TƏFƏRRÜAT

Hadisə | 13:07 • 16 Noyabr 2023
Tanınmış alimi yol qəzasında şöbə müdiri vurub

Bakıda tanınmış alim Arif Acaloğlunun həlak olduğu yol qəzasını törədən şəxsin kimliyi məlum olub.

Onu vuran “Mercedes” markalı avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Artıq Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası faktına görə cinayət işi başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci ( yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb. Eskpetizalar təyin edilib. (apa)

 

Xəbər lenti

Çox oxunanlar