İmişlidə baş verən yol qəzasında yeniyetmə ölüb.
Hadisə İmişli-Kürdəmir yolunun Telişli kəndi ərazisində qeydə alınıb.Minik maşının aşması nəticəsində 17 yaşlı yeniyetmə ağır xəsarətlərlə İmişli xəstəxanasına yerləşdirilib. Bir müddət sonra yeniyetmə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)