Xəzər Xəbər

Bakı metrosunda sərnişin vəfat edib

Hadisə | 10:30 • 10 Noyabr 2023
Bakı metrosunda sərnişin vəfat edib

Bu gün səhər "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. 

Məlumata görə, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.

 

Xəbər lenti

Çox oxunanlar