Şəki şəhərində ümumi sahəsi 162 m² olan ikimərtəbəli, 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğının yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb