Oktyabrın 30-da səhər saatlarında Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Mehman Kərimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.