Bakıda daha bir oğurluq faktının üstü açılıb.
Xezerxeber.az xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Sadiq Abdullayev və qardaşı Orxan müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.