Noyabrın 2-də 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın öldürülməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Binəqədi Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən xəbərə görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Qədir Qasımovun rayonun yeni yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Xamoyevaya bıçaqla xəsarət yetitərərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı əsasında Qədir Qasımov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
08:25
Noyabrın 2-də saat 7 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb.
Araşdırma aparılır.