Xəzər Xəbər

Pakistan vətəndaşı Azərbaycanda qətl törədib

Hadisə | 10:12 • 31 Oktyabr 2023
Pakistan vətəndaşı Azərbaycanda qətl törədib

Abşeronda bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Xzrexeber.az xəbər verir ki, bu barədə Abşeronda Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata görə, oktyabrın 30-u saat 21:30 radələrində bir nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, bir nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla bir nəfər həmvətəninə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

İbtidai istintaq davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti