Xəzər Xəbər

Bakıda gəlinini güllələyən 88 yaşlı kişi MƏŞHUR KAPİTAN İMİŞ/FOTO

Hadisə | 15:06 • 20 Oktyabr 2023
Bakıda gəlinini güllələyən 88 yaşlı kişi

Bakıda Ağır cinayəti törədən, məşhur gəmi kapitanı olub.

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində baş vermiş ağır cinayətin bəzi təfərrüatı məlum olub. Məlumata görə, gəlini, 59 yaşlı Gülnarə Dadaşovanı öldürməkdə şübhəli bilinən 88 yaşlı Yaşar Dadaşov məşhur gəmi kapitanı olub.

O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin veteran əməkdaşıdır.

Məlumatlara görə, 1955-ci ildə təhsilini bitirdikdən sonra Xəzər Dəniz Gəmiçilik İdarəsinin “Komsomolsk” sərnişin gəmisində kapitanın 3-cü köməkçisi kimi işə başlayıb. 1960-cı ildə baş köməkçi vəzifəsinə yüksəlib. Təcrübəli dənizçi uzun müddət xarici sularda da üzüb.

O, səmərəli əmək fəaliyyətinə görə bir çox orden və medallara, o cümlədən 2003-cü ildə “Şöhrət” ordeninə layiq görülüb.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib.

"Mərkəzə daxil olarkən koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda qeyd olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti