Xəzər Xəbər

Bu gün Tərtərdə mina partlayışında ölən şəxs əvvəl də minaya düşübmüş

Hadisə | 19:12 • 6 Oktyabr 2023
Bu gün Tərtərdə mina partlayışında ölən şəxs əvvəl də minaya düşübmüş

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

ANAMA-dan Xezerxeber.az-a verilən məlumata görə, ilkin məlumata əsasən OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub.

Qeyd edək ki, cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərər çəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti