Sentyabr ayı ərzində Qax şəhərində ayrı-ayrı şəxslərə məxsus avtomobillərdən silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayonun Qaxbaş kənd sakini – Aqşin Səfərli və onunla əlbir olan yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təqdim ediliblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.