Xəzər Xəbər

Tikinti zamanı beton tökən qurğunun başlığı adam ölümünə səbəb olub

Hadisə | 12:23 • 5 Oktyabr 2023
Tikinti zamanı beton tökən qurğunun başlığı adam ölümünə səbəb olub

Naxçıvanda iaşə obyektinin tikintisi zamanı şəxsin ölməsi ilə bağlı cinayət işi başlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı araşdırma aparılıb. 

Araşdırma zamanı tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparıldığı, həmin tikintidə işləyən işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilmədiyi, habelə tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının qarşısının alınması üçün heç bir tədbir görülmədiyi müəyyən edilib.

Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 188.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 314.2-ci (səhlənkarlıq) maddələr ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda obyektdə yanğın söndürülüb
Bakıda obyektdə yanğın söndürülüb YENİLƏNİB
19:15 • 23 Dekabr 2024
Masallıda fərdi yaşayış evində
Masallıda fərdi yaşayış evində PARTLAYIŞ
20:15 • 22 Dekabr 2024
Bakıda ağır qəza
Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
Kəlbəcərdə avtomobil aşdı
Kəlbəcərdə avtomobil aşdı
13:46 • 22 Dekabr 2024
İsmayıllıda ağır qəza
İsmayıllıda ağır qəza Ölənlər var
10:23 • 22 Dekabr 2024

Xəbər lenti

Çox oxunanlar