Xəzər Xəbər

Azərbaycan və Ermənistanın uzunmüddətli sülh razılaşması əldə etməsi vacibdir Dövlət Departamenti

Hadisə | 08:09 • 26 Sentyabr 2023
Azərbaycan və Ermənistanın uzunmüddətli sülh razılaşması əldə etməsi vacibdir
 
Xezerxeber.az-ın verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

"Bu, bir müddətdir ki, təbliğ etdiyimiz bir şeydir. Biz açıq şəkildə bəyan etmişik ki, sülh razılaşması əldə edilə bilər", - deyə o bildirib.

Miller qeyd edib ki, Azərbaycan və Ermənistan sonda aralarındakı boşluğu aradan qaldırmalıdır.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ikitərəfli danışıqlar aparıblar.

Onlar Vaşinqtonda olarkən dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların komandaları Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzərində işi davam etdiriblər.

Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin daha da inkişaf etdirilməsini tələb etdiyini etiraf ediblər.

Rubrikanın digər xəbərləri

Xətai rayonunda
Xətai rayonunda torpaq sürüşməsi
13:57 • 17 Oktyabr 2024
Tovuzda keçmiş şərab zavodunun ərazisində
Tovuzda keçmiş şərab zavodunun ərazisində Yanğın
10:41 • 17 Oktyabr 2024
Sabunçuda avtomobil qadını vuraraq
Sabunçuda avtomobil qadını vuraraq Öldürdü
09:34 • 17 Oktyabr 2024
Bakıda piyadanı maşın vurub
Bakıda piyadanı maşın vurub FOTO
12:36 • 16 Oktyabr 2024
Bakıda gənc oğlan bıçaqlanıb
Bakıda gənc oğlan bıçaqlanıb
09:03 • 16 Oktyabr 2024
Balakəndə şəhidin xatirə muzeyində
Balakəndə şəhidin xatirə muzeyində yanğın
10:23 • 15 Oktyabr 2024
Biləsuvarda qadın yanaraq
Biləsuvarda qadın yanaraq Öldü
10:04 • 15 Oktyabr 2024
Bakıda yaşlı kişini bıçaqlayan
Bakıda yaşlı kişini bıçaqlayan Saxlanıldı
13:47 • 13 Oktyabr 2024
Qubada avtomobil ağaca çırpılıb
Qubada avtomobil ağaca çırpılıb Öıən var
10:00 • 13 Oktyabr 2024

Xəbər lenti