Sentyabrın 23-də Suraxanı rayonunun Ramana qəsəbəsində Malik Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.
Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən M.Həsənovun qohumu Mahmud Qənbərov saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Hazırda Suraxanı RPİ-də təhqiqat araşdırması aparılır.
Qeyd edək ki, Mahmud Qənbərov Malik Həsənovun qayınatasıdır.