Xəzər Xəbər

İstanbulda azərbaycanlı güllələnib, tutulan var

Hadisə | 15:11 • 15 Sentyabr 2023
İstanbulda azərbaycanlı güllələnib, tutulan var

İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib. 

Polisin keçirdiyi əməliyyat nəticəsində 7 şübhəli saxlanılıb. Onlardan 6-nın İsveç vətəndaşı olduğu bildirilib. Onların motosikleti və yaşadıqları ünvana baxış zamanı 3 tapança, tüfəng, narkotik maddə və güllə ələ keçirilib. 

Şübhəlilələrdən 5-i həbs edilib. Onlardan biri sərbəst buraxılıb, biri isə deportasiya edilib. 

Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur. 

O, xəstəxanaya yerləşdirilib.

Rubrikanın digər xəbərləri

Bakıda kran YANDI
Bakıda kran YANDI FOTO
16:15 • 6 Sentyabr 2024
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb FOTO
15:38 • 6 Sentyabr 2024
Bakıda evə basqın
Bakıda evə basqın ZƏRƏRSİZLƏŞDİRİLƏN VAR
12:05 • 3 Sentyabr 2024
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salındı
17:42 • 2 Sentyabr 2024
Yasamalda piyadanı maşın
Yasamalda piyadanı maşın VURDU
16:21 • 31 Avqust 2024
Goranboy rayonunda
Goranboy rayonunda YANĞIN
09:56 • 31 Avqust 2024

Xəbər lenti