Xəzər Xəbər

İki nəfəri öldürən şəxs həbs edildi

Baş Prokurorluq məlumat yaydı
Hadisə | 17:59 • 4 İyul 2023
İki nəfəri öldürən şəxs həbs edildi

Abşeron rayonu Digah qəsəbəsi ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirməkdə təqsirləndirlən Sərxan Həşimov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Xezerxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, iyulun 3-də Abşeron rayonunun Digah qəsəbəsi ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi, onlardan birinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Sərxan Həşimov şübhəli şəxs qismində tutulub.
Bu gün, xəsarət alan şəxslərdən daha biri - Hicran Həşimova müalicə aldığı xəstəxanada ölüb.

Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələrilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Çox oxunanlar