Xəzər Xəbər

Növbəti zəlzələnin baş verəcəyi barədə deyilənlər şayiələrdir BAŞ SEYSMOLOQ

Hadisə | 02:30 • 4 İyul 2023
Növbəti zəlzələnin baş verəcəyi barədə deyilənlər şayiələrdir

Bunları AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni avterşoklar, enerji boşalmaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir. Bunun heç bir qorxusu yoxdur", - Q.Yetirmişli qeyd edib.

"İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxriibata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yatsınlar. Qorxulu heçnə yoxdur", - Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vurğulayıb. (report)

Xəbər lenti

Çox oxunanlar