Xəzər Xəbər

Prokurorluq Gəncədə törədilən qətllə bağlı məlumat yayıb

Hadisə | 14:20 • 28 İyun 2023
Prokurorluq Gəncədə törədilən qətllə bağlı məlumat yayıb

İyunun 28-i, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər Prokurorluğundan Xezerxeber.az-a verilən xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti