İyunun 26-sı saat 16 radələrində Sumqayıt şəhərində evlərin birində 1987-ci təvəllüdlü Muradova Leyla Bəhrəm qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Muradov Balafər Əlifağa oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.
Araşdırma aparılır.