Qürurverici haldır ki, Azərbaycan tibb təhsilinin və elminin yetirdiyi yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır və yüksək peşəkarlıqları ilə seçilərək xalqımızı layiqincə təmsil edirlər”.
Xezerxeber.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyev Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunun iştirakçılarına müraciətində qeyd olunub.
“Onlar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda olsalar da, qəlbləri daim doğma Azərbaycanla döyünür. Qırx dörd günlük Vətən müharibəsi zamanı könüllü şəkildə ön cəbhəyə yollanan ağ xalatlı qəhrəmanlarımızın simasında bu, bir daha təsdiqini tapdı”, - müraciətdə deyilir.