Xırdalanda tikinti şirkətindən 20 min manatlıq inşaat materialları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20 min manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.