Paytaxtın Nərimanov rayonunda quldurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, rayon ərazisində yerləşən çay evlərinin birində Bakı şəhər sakini V.Əliyevin 140 manat məbləğində pulu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə talanıb.
Quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Vüqar Rzayev, Zahid Hüseynov, qardaşı Fərahim və bir yeniyetmə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.