Bakı-Naxçıvan sərnişin avtobusunun iranlı sürücüsündə narkotik vasitə tapılıb.
Xezerxeber.az xəbər verir ki, Naxçıvan ŞPİ-nin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib. Saxlanılan İran İslam Respublikası vətəndaşı Arjmand Ramez Azim oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.