Mart ayının 18-də saat 03:40-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.
Xezerxeber.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri Ələkbərov Nicat Hatəm oğlu, Qurbanov Əlixan Əlzahid oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən edilmiş, avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.