Martın 17-də Böyükşor gölündə naməlum kişi meyitinin aşkar olunması ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
14.05
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.