Bu gün Bakıda baş verən silahlı insidentlə bağlı cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.
"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcəkdir", məlumatda deyilir.
Qeyd edək ki, bu gün Bakıda, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2 nəfər - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.