Xəzər Xəbər

Bakıda silahlı hücum törədənin birinin kimliyi bilindi

Hadisəni törədənlərə qarşı keçirilən əməliyyatın təfərrüatı açıqlandı
Hadisə | 22:11 • 4 Mart 2023
Bakıda silahlı hücum törədənin birinin kimliyi bilindi

Xəbər verildiyi kimi, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək"- məlumatda bildirilib.

Xəbər lenti

Çox oxunanlar