Xəzər Xəbər

TƏBİB: bir nəfər hadisə yerində ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib

Hadisə | 13:52 • 4 Mart 2023
TƏBİB: bir nəfər hadisə yerində ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib

Bakıdakı hipermarketdə baş verən hadisə  ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Bir nəfər isə hadisə yerində dünyasını dəyişib.

Xəbər lenti