Xətai rayonu ərazisində yerləşən hipermarketdə baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, ölən şəxs Həşimov Rüfət Rahib oğludur. O, polis əməkdaşı deyil.
12:56
Bakıda marketlərin birində atışma olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.
Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, hadisə Əhmədlidə yerləşən hipermarketdə qeydə alınıb.