Xəzər Xəbər

Polisin saxlanma məntəqəsində inzibati həbs çəkən şəxs ölüb

Faktla bağlı araşdırma aparılır
Hadisə | 09:43 • 1 Fevral 2023
Polisin saxlanma məntəqəsində inzibati həbs çəkən şəxs ölüb

İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinərək barəsində iki ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilən şəxs vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, 1988-ci il il təvəllüdlü əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) və İXM-in müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunan Aslan Məmmədov narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib.

Bildirilib ki, bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb: "Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib".

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024