Abşeron rayonunda dəm qazı faciəyə səbəb olub.
Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.
Hadisə zamanı zəhərlənən 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar.