Xırdalanda restoranda yanğın olub.
Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 360 m² olan birmərtəbəli restoranın mətbəxinin lambirdən ibarət tavanı 20 m² sahədə və bacasında yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.