Bakıda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat tapılıb.
Bağlamada 2 ədəd avtomat silahı, 1 ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyən edilib.
Araşdırma aparılır.