Noyabrın 17-də saat 18 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən Gülayə Cavadi müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İlkin Seyidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.