Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün "Xəzər Xəbər"də mövzu ilə bağlı material yayımlanmışdı.