Xəzər Xəbər

Vətəndaşların 1 milyon manatını ələ keçirən şəxs tutuldu

Cinayət işi başlanılıb
Hadisə | 11:37 • 11 Noyabr 2022
Vətəndaşların 1 milyon manatını ələ keçirən şəxs tutuldu

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alması barədə müraciət daxil olub.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar