Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bədbəxt hadisə baş verib.
APA-nın xəbərinə görə, qəsəbədə yaşayan iki azyaşlı qardaşın “siçan dərmanı” yeyərək öldükləri bildirilir.
Uşaqlardan birinin 5, digərinin isə 3 yaşı olub.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblıər.
Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, məlumatı ilk olaraq manset.az saytı yayıb.