Xəzər Xəbər

Rəşad Dağlı qonşusuna çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb - YENİ MƏLUMAT

Cinayət işi başlanıb
Hadisə | 10:32 • 9 Noyabr 2022
Rəşad Dağlı qonşusuna çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb - YENİ MƏLUMAT

Prokurorluq məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi qətl barədə məlumat yayıb.

Qaradağ Rayon Prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar