Xəzər Xəbər

Hərbçi həyat yoldaşını öldürən baş leytenantla bağlı - ŞOK FAKTLAR

Hadisə | 12:53 • 31 Oktyabr 2022
Hərbçi həyat yoldaşını öldürən baş leytenantla bağlı - ŞOK FAKTLAR

Oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi hadisəsi ilə bağlı bir sıra detallar məlum olub.

XəzərXəbər xəbər verir ki, Zəhra Babayevanı qətlə yetirən şəxs onun həyat yoldaşıdır. Prokurorluqdan verilən məlumata görə, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Goranboy Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə adıçəkilən rayonunun ərazisində baş verib:

“Amma hadisə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı şəhərcikdə qeydə alınıb. Hər ikisi hərbçidir və Xocalı rayon sakinləridir. Qısqanclıq zəminində öz həyat yoldaşını bıçaqla qətlə yetirib. Səbəbi, hansı hadisələrin fonunda baş verməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. Bizdə olan məlumata görə, təzə ailə həyatı qurublarmış. Bir-iki ay əvvəl evləniblər. Övladları yoxdur".

Qeyd edək ki, Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq davam edir.

Qeyd edək ki, qətli törədən Bəbir Həsənlinin N saylı hərbi hissədə xidmət edən hərbçi - baş leytenant, qətlə yetirilən Zəhra Babayevanın isə həmin hərbi hissədə işləyən qadın hərbi qulluqçu olduğu bildirilir./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti