Bakıda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Anar Salmanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
XəzərXəbər xəbər verir ki, Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə dindirilmiş Anar Salmanov ifadəsində bildirib ki, 2020-ci ildə Nərgiz Hüseynzadə ilə evlənib. Onunla ailə qurmamışdan əvvəl 2015-ci ildə sosial şəbəkədə Nigar Məmmədli ilə tanış olub. Nigar Sərxan adlı şəxslə evli olsa da mütəmadi görüşüb onunla münasibətdə olub.
2021-ci ilin yanvar ayında Nigarla münasibətindən qızı dünyaya gəlib. Övladının atası o, olsada doğum haqqında şəhadətnamədə Sərxanın adı qeyd olunub. Martın 8-də növbəti mübahisədən sonra Nigar ərinə uşağın atasının Anar olmasını etiraf edib. Buna görə onlar boşanıblar. May ayında onunla Nigar arasında olan münasibətdən xəbət tutan arvadı Nərgiz küsüb atası evinə gedib və 3 aydan sonra məhkəmə yolu ilə ondan boşanıb.
Bundan sonra o, Yeni Suraxanı qəsəbəsində Nigar və övladı ilə yaşayıb. Üzbəüz qonşuluqda yaşayan Zakir Hüseynov keçmiş arvadı Nərgizin qohumu olub. Boşandığı üçün qonşusu və ailə üzvləri onunla ədavət aparıblar.
Hadisədən iki həftə əvvəl Nigar ona zəng edərək Zakirin pəncərəni döyüb onun evdə olub olmadığını soruşdugunu və sonra atmacaları sözlər işlədərək zarafat etdiyini deyib. Bunu bilib dərhal evə gəlib və Zakirə zəng edib onu niyə axtardığını soruşub. Zakirdə onu gəlib soruşduğunu etiraf edib.
Oktyabrın 29-u günorta saatarında Zakir Nigarın əvvəlki evliliyindən olan övladı barədə bildiklərini təkrar marağlanmağa başladıqda bunları onu alçaqtmaq üçün soruşduğunu hiss edib. Zakirin ona söylədiklərini axşama qədər özü-özünə düşünüb. Hətta qonşusuna görə həmin məhəllədən köçüb getməyi fikirləşib. Əsəblərini sakitləşdirmək üçün tərkibində alkoqol olan energetik içkilər içib.
Anar Salmanov ifadəsinin davamında bildirib ki, saat 23:00 radələrində həyətə gələndə evinin qarşısında Zakirin atası Balababa Hüseynovu görüb. Ona oğlu haqqında təhqiredici sözlər deyib. Yüksək səslə söyüşlər söyüb ki, evdə olan Zakir bunları eşitsin. Öz evinə daxil olanda qapını arxadan bağlamayıb. Ardınca evə Zakir girib. Gözünə mətbəxdə istifadə etdikləri bıçaq sataşıb. Onu götürüb qonşusunun qarşısına gedib. Niyə söyüş söyürsən soruşan Zakirə iki dəfə zərbə vurub. İçəri daxil olan Zakirin atası masanın üzərindən ki boşqabı götürüb ona tərəf atıb. Boşqab onun başına dəyib yerə düşərək sınıb.
Atası və bacısı köməkləşib yerdə uzanan Zakiri evdən çıxarıblar. Bundan sonra isə Anar qapını bağlayıb bıçağı masanın üzərinə qoyub. Nigarla uşağı təcili evdən çıxarıb qohumları gilə aparıb. Özü isə polis bölməsinə gedərək təslim olub.
Məhkəmə prosesində Anar Salmanov ittiham üzrə özünü təqsili bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Anar Salmanov 17 il müddətinə azadlıqdan məhrum olunub.