Xəzər Xəbər

Biləcəridə BƏDBƏXT HADİSƏ: Usta iş yerində öldü

Biləcəri daş bazarında ustanı elektrik cərəyanı vuraraq öldürüb
Hadisə | 13:58 • 30 Sentyabr 2022
Biləcəridə BƏDBƏXT HADİSƏ: Usta iş yerində öldü

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki “Biləcəri daş bazarı”nda 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə XəzərXəbər-ə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölmüşdür.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar