Bakıda mağazada yanğın hadisəsi baş verib.
Xezerxeber.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 115 m² olan birmərtəbəli ərzaq mağazasının içərisində mallar, 2 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 50 m² sahədə əriyib, 11 ədəd vitrin soyuducusu qismən qarsalanıb. Mağazanın qalan hissəsi və içərisində 1 ədəd ödəniş terminalı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.