Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.
XəzərXəbər report-a istinadən xəbər verir ki, 45 yaşlı Nurullayev Əlişir, onun həyat yoldaşı və az yaşlı uşağının meyitləri tanınmaz halda tapılıb.
Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.
Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub.
Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.