Bakıda itkin düşən 13 yaşlı Ülviyyə Həsənzadə və 14 yaşlı Gülnaz Cavadova tapılaraq ailələrinə təhvil verilib.
XəzərXəbər xəbər verir ki, bu barədə APA-nın sorğusuna Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
xxxx
Bakıda 13 yaşlı və 14 yaşlı qız uşaqları itkin düşüb.
XəzərXəbər APA-ya istinadla xəbər verir ki, 2009-cu il təvəllüdlü Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Bundan başqa 2008-ci il təvəllüdlü Gülnaz Cavadova Nizami rayon ərazisində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Hazırda Nizami rayon Polis İdarəsində araşdırma gedir.