Ucar sakini qonşusunu bıçaqlayıb.
APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində baş verib.
Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.
Kənd sakini, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.
Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.