Oğurlandığını deyən ana qızını özü gizlədibmiş.
Türkiyənin Antalya şəhərində E.P.-nin qaçırıldığını iddia edən və sosial şəbəkədə kömək istəyən xarici ölkə vətəndaşı Y.P.-nin vəlayəti keçmiş həyat yoldaşının əlində olan qızını onunla görüşmək icazəsi aldıqdan sonra gizlətdiyi məlum olub.
Ətraflı
Qadın paylaşımında bildirib:
"2 gün əvvəl qızım qaçırılıb. Adı E. 4 yaşı var, boyu 120 sm-dir, türkcə və hollandca danışa bilir. Xahiş edirəm bu tviti hər yerdə paylaşın”.
Qısa müddətdə yayılan yüzlərlə paylaşımdan sonra Rayon Polis Şöbəsi hərəkətə keçib.
Araşdırmaya başlayan polis qrupları ətraflı araşdırma ilə hadisənin gerçəyini ortaya çıxarıb. Sosial şəbəkədə kömək çağırışı edən Y.P.-nin bir müddət əvvəl boşandığı F.P.-də qəyyumluğu olan qızını icazə alaraq götürdüyü sonra isə geri qaytarmadığı məlum olub. Araşdırmanın ardından ana Y.P. polis qrupları tərəfindən nəzarətə alınıb.
Faktla bağlı araşdırma aparılır./azxəbər