Xəzər Xəbər

Azərbaycanda ana yeddi aylıq oğlunu öldürmək istəyib? - AÇIQLAMA

Hadisə | 18:18 • 9 Avqust 2022
Azərbaycanda ana yeddi aylıq oğlunu öldürmək istəyib? - AÇIQLAMA

Ucarda ananın yeddi aylıq oğlunu öldürmək istəməsi ilə bağlı bir sıra xəbərlər yayılıb.

Belə ki, məlumata əsasən, hadisə rayonun Rəstəcə kənd sakinində qeydə alınıb.

Kənd sakini Fuad İldrım oğlu Hüseynov polisə ərizə ilə müraciət edərək, arvadı Cəlalə İsmayılovanın körpə oğlunu Uğuru öldürmək istədiyini bildirib.

XəzərXəbər xəbər verir ki, uşağın atası Fuad Hüseynov “APA TV”yə müsahibəsində deyib ki, həyat yoldaşı özünün istifadə etdiyi dərmanı uşağa verərək onu zəhərləmək istəyib:

“Dəfələrlə belə davranışları olub. Bir dəfə əlləri ilə boğub öldürmək istəyib. Özüm aparmışam həkimə, şahidlər də var. Problem uşağın anasındadır. Şizofreniya xəstəliyindən əziyyət çəkir, qardaşım dəfələrlə arvadımı Bakıya, Maştağaya aparıb. Ona verilən dərmanları içib yatırdı. Bir ara həmin dərmanları yığışdırdıq ki, ələ keçməsin. Həmin dərmanlardan uşağın dodağına sürtüb. Uşaq ayılmaq istəyib, ayıla bilməyib. Apardıq həkimə, məlum oldu ki, dərman verilib.

Anası özü də etiraf edir ki, vəziyyəti yaxşı deyil, atasının evinə getmək istədiyin deyib. Gedib atası evinə. Ailəmizdə söz-söhbət olmayıb, dünənə qədər qardaşı da bizdə olub”.

Məsələ ilə bağlı Ucar rayon Rəstəcə kənd bələdiyyəsinin sədri Rəhim Rəhimov Oxu.Az-a açıqlama verib:

“O ailədə belə hadisənin olmasını heç kim gözləmirdi. Normal və aztəminatlı ailədir, kənddə heç kimə pislik etməyiblər. Kişinin ikinci evliliyidir. Hazırkı həyat yoldaşı Şivyan kənd sakinidir. Çox normal xanım idi. Övladı dünyaya gələndən psixoloji problemləri yaranıb. Bir müddətdir uşağa da nənəsi baxırmış. Necə olduğunu bilmirik, uşaq dərmandan zəhərlənib. Aidiyyəti üzrə prokurorluq əməkdaşları da məsələyə baxır, araşdırma aparırlar”.

Bələdiyyə sədri onu da qeyd edib ki, F.Hüseynov daha əvvəl məhkumluq həyatı yaşayıb.

“Uşağın atası polisə şikayət edib, amma biz inanmırıq ki, ana qəsdən uşağına ziyan vursun. Düşünürük ki, həmin anda qadın özündə olmayıb. Uşaq yaxşıdır, qorxulu heç nə olmayıb. Kişi polisdən şikayətini geri almayıb. Amma bəlkə bir neçə gün sonra əsəbləri sakitləşəcək. Mən qadının üzərinə bu qədər gedilməsinin tərəfdarı deyiləm, anadır”, - deyə R.Rəhimov qeyd edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024