Xəzər Xəbər

Sumqayıtda gənc oğlan yeni ailə qurduğu arvadına dəhşətli işgəncələr verdi TƏFƏRRÜAT

Hadisə | 18:03 • 9 Avqust 2022
Sumqayıtda gənc oğlan yeni ailə qurduğu arvadına dəhşətli işgəncələr verdi

Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Zakir şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı arvadı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Zakirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zakir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Leyla ilə 2022-ci ildə evləiblər: “Rəsmi nikahımız var, amma hələki övladımız yoxdur. Evləndikdən sonra birlikdə anama məxsus mənzildə yaşamışıq. Özüm fərdi qaydada tikinti idarəsində qəlibçi vəzifəsində işləyirəm. Ər-arvad münasibətlərimiz yaxşı olub, arabir ailədaxili kiçik söz-söhbətləri olsa da aramızda həlll etmişik”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, saat 22 radələrində evdə olan zaman Leyla ilə özünün işə düzəlib işləməsi mövzusunda aralarında mübahisə baş verib: “Leylanın işləməsinə razı olmamışam. Leyla mənə cavab qaytardığından əsəbləşmişəm. Leylanı döşəməyə yıxaraq təpiklə onun sifətinə zərbələr vurmuşam. Leyla qışqıraraq ağlamağa başladı. Mən isə evdən getdim. Evə qayıdanda Leylanın sifət nahiyyəsində xəsarət olduğunu gördüm. Onu dilə tutularaq sakitlədirdim”.

Zakir qeyd edib ki, ertəsi gün evdə yemək yeyib, bir az spirtli içki qəbul edib: “Həmin vaxt Leyla deyinərək işə düzəlməsi mövzusunu saldı. Aramızda yenə də mübahisə baş verdi. Əsəbləşərək yan otaqdan ağac çubuğunu götürdüm, Leylanın bədəninə zərbələr vurdum. Leyla məni söyəndə ağac çubuğunu yerə atdım, yan otaqdan döşəmə taxtasını götürərək onun Afətin bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdum. Lakin Leyla sakitləşməyərək məni söyməyə davam etdi. Buna əsəbləşərək yan otaqdan mismarlı taxta parçasını götürdüm, Leylanın ayaq nahiyyələrinə zərbələr vurdum. Bundan sonra Leyla səsini kəsdi. Mən də sakitləşdim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Leylanın sözlərinə görə, evlənməzdən əvvəl “Sevimli dad” şirkətində ekspeditor vəzifəsində işləyib: “Özümü və valideynlərimi işləməklə dolandırmışam. Nişanlandıqdan sonra Zakir məni işləməyə qoymadı. Özü işləyəcəyini və ailəsini dolandıracağına söz verdi. Zakir fərdi qaydada tikinti idarəsində qəlibçi işləyir. Pul qazanmağına baxmayaraq evə yalnış ərzaq alıb, mənim geyim və digər maddi təlabatlarımı ödəməyib. Bu səbəbdən də Zakirə işləmək istədiyimi desəm də, Zakir işləməyimə narazı oldu. Bu mövzuda dəfələrlə mübahislərimiz baş verdi”. 

Zərərçəkmiş qeyd edib ki, son zamanlar Zakir evə gec və içkili vəziyyətdə gələrək onunla əsassız mübahisələr edib: “Evdə olan zaman yenə də işə düzəlmək haqqında danışdım. Yenə də aramızda mübahisələrimiz baş verdi. Zakir məni söyməyə başlayanda cavab qaytardım. Həmin vaxt Zakir məni döşəməyə yıxaraq təpiklə sifətimə zərbələr vurdu. Ağrıdan qışqırdım, ağlamağa başladım. Həmin vaxt burnumdan xəsarət aldım. Lakin ailəmə və valideynlərimə görə səbr etdim”. 

Leylanın sözlərinə görə, ertəsi gün axşam Zakir evə içkili gəlib: “Yenidən əsassız olaraq mübahisə etməyə başladı. Sonra Zakir yan otaqdan ağac çubuğunu götürərək bədənimə zərbələr vurdu. Yan otaqdan döşəmə taxtasını götürdü, qollarıma, ayaqlarıma, belimə zərbələr vurdu. Daha sonra yan otaqdan mismarlı taxta parçasını götürərək ayaqlarıma zərbələr vuraraq mənə xəsarətlər yetirdi. Məni söyüb, təhqir etdi”. 

Leyla bildirib ki, növbəti gün valideynlərinin evinə gedib və sonra Zakirin onu döyməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib.

Zərərçəkmiş məhkəməyə ərizə təqdim edib. O, əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Zakirin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən  azad edilib. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar