Xəzər Xəbər

Azərbaycanda dəhşətli hadisə: 5 yaşlı uşaq qaynar qazana düşdü

Faktla bağlı araşdırma aparılır
Hadisə | 09:40 • 6 Avqust 2022
Azərbaycanda dəhşətli hadisə: 5 yaşlı uşaq qaynar qazana düşdü

Zaqatala rayonunun Muxax kənd sakini, 2017-ci il təvəllüdlü Dəmirova Xanım Bayram qızı evdə oynayan zaman ehtiyatsızlıqdan qaynar su olan qabın içinə düşüb.

Xezerxeber.az xəbər verir ki, azyaşlı yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xanım Dəmirovaya xəstəxanada 2-3-cü dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar